Niko Pas yayda “Real”a qayıdacaq.
İdmanxeber.az xəbər verir ki, Madrid klubu yarımmüdafiəçini 2026-cı ilin ortasında “Komo”dan 9 milyon avroya geri almaq qərarına gəlib.
21 yaşlı futbolçu bu dəfə satılmayacaq və komandada saxlanılacaq.
“Komo”nun qərara etiraz etməyəcəyi, digər klubların isə prosesə müdaxilə edə bilməyəcəyi bildirilir.
Pas bu mövsüm A Seriyasında 15 oyunda 5 qol və 5 asistlə çıxış edib.