AZ

Bu, uşaqlığın sonu və gəncliyə atılan ilk addımlar idi

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə arxiv fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, aktyor 40 il əvvəl çəkilən şəklini izləyiciləri ilə bölüşərək bunları yazıb: 

"Bu foto demək olar ki, qırx il əvvəl çəkilib. Burada mənim on altı yaşım var. Şəkli kimin çəkdiyini xatırlamıram. Qara-ağ lent, sadə bir kadr. Amma o günü yaxşı xatırlayıram. Bu, Azərbaycan SSR DİN-in əfsanəvi sanatoriyasında ilk gün idi. Sakit zamanlar idi. Dinc səma altında yaşadığımız illər. İnsanların bir-birini sevdiyi, hörmət etdiyi vaxtlar. Bu, uşaqlığın sonu və gəncliyə atılan ilk addımlar idi. Həyatın ən maraqlı, ən həssas dövrü. Artıq uşaq deyilsən, amma hələ də hər şey qarşıdadır. Çox xoşbəxt uşaqlıq... Bəli, o vaxt saçlar da yerində idi. Onlar qalmadı, amma o günlərin hissi qaldı. Və bəlkə də ən dəyərlisi elə budur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
axsam.az

1Mənbələr