AZ

Premyer Liqa klubunun müdafiəçisi "Barselona"nın hədəfində

"Barselona" Jair Kunyanı yaxından izləyir.

Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki,  "Nottingem"in müdafiəçisi "Barselona"nın idman direktoru Deko üçün maraqlıdır. Deko braziliyalı futbolçunu hələ 2023-cü ildə, o "Santos"un U20 komandasında çıxış edərkən transfer etməyə çalışmışdı.

Bununla belə, kataloniyalılar 20 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətində deyil, çünki onlara dərhal etibar edilə bilən mərkəz müdafiəçisi lazımdır.

Kunya 2025-ci ilin iyulunda "Botafoqo"dan "Nottingem"ə keçib. O, Premyer Liqada bir oyunda iştirak edib.

saytlarin hazirlanmasi

Seçilən
40
sportal.az

1Mənbələr