İstanbulda polis terror təşkilatı İŞİD ilə əlaqəsi olan 115 şübhəlini saxlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlar Milad və Yeni il tətillərində terror aktları planlaşdırırıblar.
İstintaqa Terrorla Mübarizə İdarəsi rəhbərlik edir. İstanbul Baş Prokurorluğu bayramlar ərəfəsində qeyri-müsəlmanlara qarşı planlaşdırılan hücumlar barədə məlumat alıb. Buna cavab olaraq 124 ünvanda həbslər, axtarışlar və ələ keçirmələr aparılıb. İŞİD-in tapançaları, sursatları və “çoxsaylı sənədləri” müsadirə edilib.
Baş Prokurorluq əlavə edib ki, istintaq 137 şübhəlinin “münaqişə zonaları ilə əlaqə saxladığını” aşkar edib. Qalan şübhəlilərin tutulması əməliyyatı davam edir.
//Samir Qurbanov, Editor.az