İspaniyanın “Barselona” klubu şəhər şurasına 1C lisenziyası üçün bütün tələb olunan sənədləri təqdim edib.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, bu addım “Spotify Kamp Nou” stadionunun tutumunun 45 min nəfərdən 62 min nəfərə qədər artırılmasına imkan verəcək.
Şəhər şurasının təsdiqindən sonra ilk oyun 25 yanvar 2026 tarixində, La Liqanın 21-ci turunda “Ovyedo” ilə keçiriləcək. Cari mövsümdə Barselona 18 oyundan sonra 46 xalla turnir cədvəlində birinci pillədədir və “Real”dan 4 xal öndədir.