AZ

"Rəqibi səhvlərə məcbur etdik" - Elgiz Kərəmli

1-ci Liqanın 12-ci turu çərçivəsində bu gün Binə qəsəbə stadionunda nominal qonaq qismində MOİK ilə qarşılaşan “Səfa” 2:0 hesablı inamlı qələbə qazandı. “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayaraq qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Futbolçularımıza təşəkkür edirəm, onlara əhsən düşür. Belə hava şəraitində yaxşı mübarizə apardılar, inamlı oynadılar. Çətin oyun idi. Ordu komandası dinamik, əzmkar və texnikalı komandadır, son 3 görüşdə 9 xal qazanıblar. Bərabər səviyyəli oyun keçdi. Belə oyunlarda az səhv edən komanda qalib gəlir. İkinci hissədə həm az səhvlər etdik, həm də öndə pressinqi artırdıq deyə rəqibi səhvlərə məcbur etdik. Qalib gəlməyimizlə rəqiblərlə xal fərqimizi artırdıq. Qış fasiləsində daha rahat hazırlaşmağa vaxtımız olacaq, həm də futbolçularda əlavə psixoloji üstünlük yarandı. Stabilliyi qoruyaraq lider mövqeyimizi qorumağa çalışacağıq."

Nihat Ağasoy

Seçilən
29
1
fanat.az

2Mənbələr