AZ

Oqtay Qasımov: Türkiyə Liviyanın təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayan ölkələrdəndir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Liviya Baş Qərargah rəisini daşıyan qəzaya uğramış təyyarədən "qara qutu"sunu geri alıb. Liviya Baş Qərargah rəisi general əl-Həddadın olduğu təyyarədən qara məlumat yazıcısı Türkiyə təyyarəsinin qalıqları arasında tapılıb. Mütəxəssislər Liviya komandirlərini daşıyan Falcon 50 təyyarəsindən uçuş yazıcısının deşifrəsinə başlayıblar. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, Liviya Baş Qərargah rəisi general əl-Həddadın olduğu 9H-DFJ nömrəli Falcon 50 biznes təyyarəsinin qəza yerindən uçuş yazıcısı və qara məlumat yazıcısı aşkar edilib.

"Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat Təhlükəsizliyi Araşdırma Mərkəzinin qrupları tərəfindən hadisə yerində aparılan işlər nəticəsində uçuş yazıcısı saat 2:45-də, qara məlumat yazıcısı isə saat 3:20-də aşkar edilib. Müvafiq qurumlar bu cihazların müayinəsinə və qiymətləndirilməsinə başlayıblar", - deyə nəşr yazır.

"Əl-Cəzirə" hökumət mənbəyinə istinadən bildirib ki, Türkiyə Liviya tərəfini Liviya ordusunun baş qərargah rəisi və daha dörd nəfəri daşıyan Falcon 50-dəki bütün sərnişinlərin ölümü, cəsədlərin və qalıqların tapılması barədə məlumatlandırıb.

Sabah qəzetinin məlumatına görə, qəzaya uğrayan təyyarə Maltada yerləşən Harmony Jets şirkətinə məxsus idi.

Fransız istehsalçısı Dassault tərəfindən hazırlanmış Falcon 50 biznes təyyarəsi üç mühərriklə təchiz olunub. Uçuş müddəti 6,5 saat və uçuş məsafəsi 5800 km-dir. Təyyarə on nəfəri qəbul edə bilər.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə baş verən təyyarə qəzası üzüntülü bir xəbərdir.

Oqtay Qasımov

“Türkiyə çox yaxın olan Liviyanın ordu rəhbərliyi, Baş qərargah rəisi daxil rəhbərliyinin əhəmiyyətli hissəsi təyyarədə olub və təyyarə qəzaya uğrayıb. Liviya ordusunun rəhbərliyi ciddi şəkildə itkilərə məruz qalıb. Bu heyət Tripolidə fəaliyyət göstərən milli barışıq hökumətinin nümayəndələridir ki, onların Türkiyənin strateji münasibətləri var. Qəzanın Türkiyədə baş verməsi təəssüfləndirici bir haldır. Nəzərə alsaq ki, bu təyyarə FALKON təyyarəsi Malta şirkətinə aid olan bir təyyarədir. Uzun müddət istismarda olan və 2022-ci ildə son texniki baxışdan keçmiş bir təyyarə hesab olunur. Liviya mətbuatının yazdığına görə, qəzaya səbəb təyyarənin mühərrikində elektriklə bağlı nasazlıq olub. Səbəb bu göstərilir”-deyən politoloq qeyd edib ki, bu hadisənin necə baş verməsi dəqiq təfsilatları komissiyanın rəyindən sonra açıqlanacaq.

Oqtay Qasımov bildirib ki, qara qutu tapılıb və onun şifrəsinin oxunması prosesinə başlanılıb, Liviya hökuməti də Türkiyəyə bir qrup komissiya göndərib? “Bunlar hamısı hadisənin detallı araşdırılmasına imkan verəcək addımlardır. Hadisənin Türkiyədə baş verməsi təəsüfləndirici haldır. Amma burada Türkiyənin hansısa bir günahının və qəbahətinin olduğu söylənə bilməz. Çünki təyyarə Maltaya aid olan təyyarədir”.

Oqtay Qasımov qeyd edib ki, bu hadisənin Türkiyə-Liviya arasında münasibətlər hansısa ciddi neqativ təsir edəcəyi gözlənilmir. Politoloqun fikrincə, Türkiyənin özünün də bu hadisənin baş verməsində dərin üzüntü keçirdiyi aydındır, çünki Türkiyə ilə Liviya arasında münasibətlər kifayət qədər yüksək səviyyəlidir və Türkiyə Liviyanın təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayan ölkələrdən biridir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
50
bizimyol.info

10Mənbələr