AZ

Tovuzda qəza baş verib - Xəsarət alan var - FOTO-VİDEO

Tovuzda yol qəzası baş verib.

Moderator.az xəbər verir ki, hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində baş verib.

Məlumata görə, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq ağaca çırpılıb, daha sonra isə su arxına düşüb.

Qəza zamanı sürücü, Tovuz rayon Qaraxanlı kəndi sakini 1990-cı il təvəllüdlü Rauf Bayramov xəsarət alıb.

Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.

Faktla bağlı araşdırma başlanılıb.

 

Seçilən
70
moderator.az

1Mənbələr