AZ

Təyyarə məsələsində, müəyyən dairələr siyasi manipulyasiya xəttini tutublar

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"MDB dövlət başçılarının Düşənbədə keçirilən sammitində, Rusiya prezidenti Vladimir Putinlə, cənab İlham Əliyev arasında baş tutan görüşdə təyyarə mövzusuna xüsusi olaraq toxunulmuşdu. Etiraf etməliyik ki, Rusiya liderinin çıxışından sonra, hadisənin obyektiv araşdırılacağı, günahkarların cəzalandırılacağı, həlak olanlara, xəsarət alanlara, eyni zamanda AZAL-a dəymiş zərərə görə kompensasiya ödəniləcəyini düşünürdük. Hər birimizdə ümid yaranmışdı. Əfsuslar olsun ki, bunlar baş vermədi".Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramısının bir ilinə nəzər salarkən səsləndirib. Millət vəkili deyib ki, hadisə ilə bağlı Azərbaycan, Rusiya və Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb:"Beynəlxalq ekspertlər işə cəlb olunub. Çikaqo konvensiyasına görə 12 ay müddətində hesabat açıqlanmalıydı. Bir il keçsə də, açıqlanmayıb. Müşahidələr göstərir ki, Qazaxıstana ciddi təsirlər var".Deputat hesab edir ki, təyyarə məsələsində, müəyyən dairələr siyasi manipulyasiya xəttini tutublar:"Ona görə də, düşünürəm ki, bu məsələyə geosiyasi aspektdən yanaşmaq lazımdır. Bəllidir ki, yeni dünya nizamı qurulur. Mərkəzi Asiya Respublikaları ABŞ-nın, Avropa İttifaqının, Çinin, son günlər isə, artıq Yaponiyanın marağındadır. Bu bölgənin təbii resurslarının istismarında, Azərbaycanın nəqliyyat-logistika imkanları son dərəcə əhəmiyyətlidir. Ən qısa və təhlükəsiz kommunikasiyalar Azərbaycandan keçir. Azərbaycan regionun açar dövlətidir. Kommunikasiyalara nəzarət uğrunda, geosiyasi güclər arasında rəqabət var. Ona görə də, ola bilər ki, bizim tələblərimiz, Rusiya tərəfindən bir az gec yerinə yetirilsin. Əminəm ki, yetiriləcəkdir. Ancaq, bir həqiqət var ki, məsələnin həllinin yubadılması, hər iki tərəf üçün ziyanlıdır. Rusiya bizim qonşumuzdur. Konflik nə bizə, nə də onlara lazım deyil".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
newscenter.az

2Mənbələr