Bakı. Trend:
İsraildə Qüds yaxınlığında yerləşən xristian monastrından 1400ilə yaxın tarixi olan qızıl sikkələr aşkarlanıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə NazirliyininƏrazilərdə Hökumət İşləri üzrə Əlaqələndiricisinin (COGAT) ofisiməlumat yayıb.
Məlumata görə, eramızın IV - VII-ci əsrlərinə, Bizans dövrünaaid 2 qızıl sikkə və üzük İuda səhrasında, Qüsdən təxminən 17kilometr cənub-şərqdə, indiki İordan çayının qərb sahilindəyerləşən Hirkania arxeoloji ərazisində tapılıb.
Sikkələrin bir üzündə xaç təsviri, digər üzündə isə 610–641-ciillərdə hökmranlıq etmiş Bizans imperatoru Herakliyin portreti yeralır.
Tapıntı barədə məlumat dünən, Milad ərəfəsində açıqlanıb, lakinartefaktların ilk dəfə nə vaxt aşkar edildiyi bildirilməyib.