AZ

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aralıq hesabat açıqlandı

Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-a məxsus “Embraer 190” (4K-AZ65) təyyarəsinin qəzası ilə bağlı detalların yer aldığı aralıq hesabatı açıqlayıb.Metbuat.az xəbər verir ki, hesabatda təyyarənin texniki nasazlıqdan deyil, xarici müdaxilə nəticəsində zədələnməsi ehtimalı ön plana çıxıb. Hesabatın əsas məqamı isə təyyarənin gövdəsindəki zədələrlə bağlıdır. Ekspertiza nəticəsində müəyyən edilib ki, təyyarənin zədələnməsi ehtimal ki, döyüş başlığının dağıdıcı elementləri (qəlpələr) səbəbindən baş verib:“Lakin bu elementlərin mənşəyini və hansı tərəfə məxsus olduğunu müəyyən etmək hələlik mümkün olmayıb. Kompleks ekspertiza zamanı partlayıcı maddə izlərinə və ya oksigen balonlarında daxili partlayış nişanələrinə rast gəlinməyib. Bu da təyyarənin daxildən deyil, kənardan vurulma ehtimalını gücləndirir.Tədqiqatlar göstərir ki, təyyarənin idarəetməsində mühüm rol oynayan 2 saylı hidravlik sistemin borusu polad əsaslı xarici metal cisimlər tərəfindən zədələnib. Metalın sərt obyektlərlə təması nəticəsində boruda deşiklər yaranıb ki, bu da təyyarənin texniki imkanlarını məhdudlaşdırıb.Hazırda Komissiya tərəfindən münaqişə zonaları üzərində və ya onların yaxınlığında uçuş risklərinin qiymətləndirilməsi üzrə xüsusi işçi qrupunun hesabatı hazırlanır. Bu, təyyarənin həmin ərazidə hərbi fəaliyyətlərin qurbanı olub-olmadığını dəqiqləşdirməyə kömək edəcək”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Araşdırma Komissiyası yekun nəticələrin yalnız təkzibolunmaz faktlara əsaslanacağını və rəsmi hesabatın tam hazır olduqdan sonra dərc ediləcəyini bildirib.

Seçilən
12
1
metbuat.az

10Mənbələr