AZ

Rusiya tərəfindən vurulan AZAL təyyarəsi ilə bağlı SENSASİYA: “Deşifrə edilib…”

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasını araşdıran komissiya bort özüyazan qurğularındakı (qara qutular) məlumatları çıxarıb və deşifrə edib.

KONKRETA.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin, ehtimal ki, döyüş başlığının zədələyici elementləri nəticəsində zərər gördüyü müəyyən edilib. Həmin elementlərin hansı quruma və ya vasitəyə aid olduğu isə hələlik müəyyən olunmayıb.

Eyni zamanda, komissiya AZAL-a məxsus təyyarədə partlayıcı maddələrin izlərinə rast gəlməyib.

Araşdırmalar davam etdirilir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
101
konkret.az

1Mənbələr