AZ

Zaxarovadan ŞOK AÇIQLAMA: “Moskva İrəvanın KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva Ermənistan hakimiyyətinin “Rusiya təsiri agentləri”ni hansı meyarlar əsasında müəyyənləşdirdiyinin aydın olmadığını bəyan edib.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistanın müvafiq qurumları müxalif mövqedə olan siyasi və ictimai xadimlər arasında guya “Rusiya təsirinin agentləri”ni axtarmaq istiqamətində fəal iş aparır.

“Biz Ermənistanın səlahiyyətli orqanlarının müxalif əhval-ruhiyyəli istənilən siyasi və ictimai xadimlər arasında hansısa ‘Rusiya təsiri agentləri’ni axtardığını müşahidə edirik. Məndə sual yaranır: onlar bu şəxsləri hansı meyarlarla müəyyənləşdirirlər? Bu, ikitərəfli münasibətlərin inkişafının tərəfdarı olanlardırsa, axı baş nazir Paşinyan da Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini deyir. Meyarlar aydın deyil”, – deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, bu yanaşma suallar doğurur və İrəvanın hansı prinsipləri əsas götürdüyü izaha ehtiyac yaradır.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
20
konkret.az

10Mənbələr