AZ

Unun topdan satış qiyməti açıqlandı

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, dekabrın əvvəlində olduğu kimi qiymətlərdə ciddi dəyişiklik olmayıb. Belə ki, 50 kq-lıq unun son topdansatış qiymətləri 26.1-28.6 manat arasında dəyişir.

Bazara təqdim olunan ən ucuz (26 manat 10 qəpik) un növü “Dəvəçi-Taxıl” MMC-nin, ən bahalısı (28 manat 60 qəpik) isə “Azeri-Arapoğlu U.S. və T.LTD” BM-nin məhsullarıdır.

Cari il dekabrın 25-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

– “ATS MİLL”, “Anadoluqida”, “AVETA”, “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.70 manat;

– “Azeri-Arapoğlu U.S. və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.6 manat;

– “Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Sünbül 2012”, “Taxıl AQRO”, “Xırman”, “Ağsu Taxıl” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat;

– “Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.5 manat;

– “Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.9 manat;

– “Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat;

– “Hazartürk LTD” və “SKY AGRO” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.5 manat;

– “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.55 manat;

– “Nural” və “Osmanlı Taxıl” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.2 manat;

– “Orxan UN” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.65 manat;

– “PAK-NUR” FİRMASI, “Qarabağ un” MMC, “Avrora” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat;

– “Sarı Sünbül” və “Ungrano” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.80 manat.

Seçilən
64
5
konkret.az

7Mənbələr