AZ

Təyyarəmizin vurulması siyasi məsələ olduğu üçün istintaq tamamlanmır Tural Abbaslı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Təyyarə hadisəsi təkcə texniki və ya hərbi məsələ deyil, eyni zamanda ciddi siyasi xarakter daşıyır. Azərbaycan təyyarəsinin vurulması artıq iki dövlət arasında üzr istənilməsi, təzminat ödənilməsi və ya günahkarların cəzalandırılması çərçivəsindən çıxaraq regional əhəmiyyət daşıyan siyasi məsələyə çevrilib".Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib."Məhz buna görə istintaqın qısa müddətdə tamamlanmaması başadüşüləndir. Hesab edirəm ki, Qazaxıstan qəzanın yekun nəticələrinin açıqlanmasını mümkün qədər uzadacaq. Unutmaq olmaz ki, Rusiya hazırda Ukrayna ilə faktiki müharibə vəziyyətindədir və belə bir şəraitdə Azərbaycan təyyarəsini vuran hərbçilərin cəzalandırılması Rusiyada birmənalı qarşılanmaya bilər. Bu, eyni zamanda Vladimir Putinin formalaşdırmağa çalışdığı qətiyyətli və dönməz lider imicinə də zərbə vura bilər".O bildirib ki, bu səbəbdən Rusiya əlində olan bütün imkanlarla prosesin uzadılmasına çalışır:"Böyük ehtimalla Moskva bu mövqeyini Qazaxıstana da müxtəlif yollarla çatdırıb və Qazaxıstan tərəfi də Rusiyanın bu istəklərini nəzərə alacaq.

Əgər məsələ sırf texniki xarakter daşısaydı, 21-ci əsrdə, texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə istintaq çoxdan başa çatardı. Peyklər, “qara qutu”, sağ qalan şahidlər, ifadələr və təyyarə qalıqları üzərində aparılan ekspertizalar hadisənin səbəblərini tam aydın şəkildə ortaya qoymağa imkan verir.

Deməli, problem məlumat çatışmazlığı deyil. Sadəcə, məsələ siyasi xarakter daşıdığı üçün proses uzadılır və görünən odur ki, bu vəziyyət hələ bir müddət davam edəcək".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
demokrat.az

1Mənbələr