AZ

Acılı, yağlı, yoxsa turş? Qastroenteroloq mədə üçün ən zərərli qidanı açıqladı

Yeni il süfrəsində yer alan bəzi yeməklər mədə-bağırsaq sistemi üçün ciddi risk yarada bilər.

E-saglam.az xəbər verir ki, EuroOnco klinikalar şəbəkəsinin qastroenteroloqu Vladimir Loginov bildirib ki, mədə üçün ən zərərli qidalar yağlı yeməklərdir.

Həkimin sözlərinə görə, mayonezli salatlar, xolodets və qızardılmış ət kimi yağlı qidaların həzmi üçün çoxlu öd və ferment tələb olunur. Bu isə qaraciyəri, öd kisəsini və mədəaltı vəzini həddən artıq yükləyir. Nəticədə mədədə ağırlıq, köp və hətta kəskin pankreatit riski yarana bilər.

İkinci yerdə acılı qidalar dayanır. Bibərin tərkibindəki kapsaisin maddəsi mədənin selikli qişasını qıcıqlandırır və turşu ifrazını artırır. Qastrit və eroziya problemi olan insanlarda bu, ağrı, ürəkbulanma və yanma hissinə səbəb ola bilər. Xüsusilə Koreya tipli acılı salatlar və çili sousları risklidir.

Üçüncü sırada isə turş qidalar yer alır. Turşular, acqarına yeyilən sitrus meyvələri və kələm turşusu mədənin turşuluğunu artıraraq selikli qişaya mənfi təsir göstərə bilər.

Mütəxəssis vurğulayıb ki, əsas təhlükə bu qidaların birlikdə qəbul edilməsidir. Məsələn, acılı souslu yağlı salatın ardınca mandarin yemək mədə üçün ciddi yük yaradır. Həkim buxarda bişmiş və ya sobada hazırlanmış yeməklərə üstünlük verməyi, ağır və acılı qidaları az miqdarda və qarışdırmadan qəbul etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
24
e-saglam.az

1Mənbələr