“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Beləliklə,  Komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsində məskunlaşacaq Tovuz təmsilçisi Türkiyə toplanışını yanvarın 18-dək davam etdirəcək.


Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.