AZ

Britaniya Muzeylər Birliyi: "Santa Klaus ağdərili müstəmləkəçidir"

Böyük Britaniyanın Brayton-end-Hov şəhərinin muzeyləri köhnə və hamının sevdiyi Santa Klaus mövzusuna yenidən baxmağa qərar veriblər. 

HİT.az xəbər verir ki, Şəhər muzeyləri birliyinin bloq yazılarından birində “Santa Klausun dekolonizasiyası”nın zəruri olduğu bildirilir. 

Müəlliflərin fikrincə, Santa ağdərili mənəvi hakimdir və qeyri-Qərb ölkələrindən olan uşaqlara qarşı ayrı-seçkilik edir. Məqalədə qeyd olunur ki, “ağ, Qərb Santa Klausu” guya “koloniyalaşdırılmış xalqların üzləşdiyi mürəkkəb reallıqları qəbul etmir” və “bir çox icmaların tarixini və ənənələrini” görməzlikdən gəlir.

Müəllifin, görünür, real şəxs kimi qəbul etdiyi “Santa Klaus” gələcəkdə dünyanın hər yerindən insanları öz emalatxanasında işə götürməlidir. Bundan əlavə, uşaqların Qərb məntiqinə uyğun “yaxşı/pis” bölgüsü ilə təşviq edilməsinin düzgün olmadığı vurğulanır. “BILD” redaksiyası isə sual edir: “Bunun əvəzinə hansı başqa "məntiq" işləməlidir - şəriət?” Məqalə müəllifi bu suala cavab vermir.

Santa Klausun “dekolonizasiyası”nın elan edilən məqsədi “kolonial dominantlıq narrativindən uzaqlaşmaqdır”. Santa Klausu hər şeyə qadir mənəvi hakim kimi tərənnüm etmək əvəzinə, baca ilə “bir neçə hədiyyəpaylayan” daxil olmalıdır — məsələn, “Milad Anası” və ya müxtəlif elf dostları ilə birlikdə konveyer xəttində çalışan fəhlə sinfindən olan Santa.

Bu mətn Böyük Britaniyada bir çox insanın narazılığına səbəb olub. Nüfuzlu “Telegraph” qəzeti yazır:

“Yalnız ölkənin ən "vouk" rayonu belə bir mətn yarada bilərdi. Satira olsaydı, mükafata layiq idi. Ölümcül dərəcədə ciddi material kimi isə çətin dözüləndir”.

Muzey birliyi tənqidləri qəbul etmir. Bildirilir ki, mətn hələ 2023-cü ildə hazırlanıb və məqsədi “kiminsə Miladı necə qeyd etməli olduğunu diktə etmək deyil, düşünməyə sövq etməkdir”. Onların sözlərinə görə, əsas niyyət sadəcə “ağ Qərb baxış bucağından kənar perspektivləri” nəzərə almaq olub.

Samir
 

Seçilən
39
48
hit.az

10Mənbələr