AZ

Salonikidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Bakı, 25 dekabr, AZƏRTAC

Yunanıstanın Saloniki şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycanın Yunanıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ölkəmiz üçün tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan diasporunun təşkilatlanma tarixinə toxunaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlayan bu yolun 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayı ilə yeni mərhələyə qədəm qoyduğunu xatırladıb. Ulu Öndərin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Əminə Zalova çıxışında xalqımızın birliyi və həmrəyliyinin ölkəmizin davamlı inkişafının təməl dayağı olduğunu qeyd edib. Azərbaycanın bu gün regionun lideri və qalib dövləti kimi tarixinin ən parlaq və qürurverici mərhələsini yaşadığını xüsusi vurğulayıb.

Seçilən
64
azertag.az

1Mənbələr