AZ

Qazaxıstan təyyarə qəzasının istintaqı ilə bağlı MƏLUMAT YAYDI

"Embraer 190 tipli" "Azerbaijan Airlines" aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

"ICAO-nun 13 saylı Əlavəsinin müddəalarına uyğun olaraq, aviasiya hadisəsinin araşdırılmasının yeganə məqsədi gələcəkdə oxşar halların qarşısını almaqdır", – açıqlamada bildirilir.

Qurum qeyd edir ki, Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası tərəfindən aparılan araşdırma ilə yanaşı, Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi üzrə istintaq da aparılır.

"Aviasiya hadisəsinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əks olunacaq", – açıqlamada vurğulanır.

Seçilən
63
6
publika.az

7Mənbələr