ABŞ-ın Havay adasında püskürən Kilauea vulkanından atılan lavlar 425 metr hündürlüyə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən aktiv vulkanlarından biri olan ABŞ-ın Havay adasında yerləşən Kilauea vulkanında bir ildir hərəkətlilik davam edir.
ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) verdiyi açıqlamaya görə, vulkan 23 dekabr 2024-cü ildən bu yana 39-cu dəfə partlayıb.
Qeyd edək ki, Vulkanda 2018-ci ildə baş verən və təxminən 3 ay davam edən partlayışlar isə 700-dən çox evi məhv etmişdi.

