AZ

Bu il Azərbaycanı beynəlxalq olimpiadalarda 93 şagird təmsil edib

Bakı, 25 dekabr, AZƏRTAC

Təhsil İnstitutu 2025-ci ildə keçirilən beynəlxalq olimpiadalar üzrə Azərbaycan məktəblilərinin statistik göstəricilərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq olimpiadalarda Azərbaycanı ümumilikdə 93 şagird təmsil edib.

Şagirdlər müxtəlif beynəlxalq elm yarışlarında ümumilikdə 72 medal və 16 həvəsləndirici mükafat qazanıblar. Onlardan 5 nəfər qızıl medal, 18 nəfər gümüş medal, 33 nəfər bürünc medal, 16 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Seçilən
97
1
azertag.az

2Mənbələr