AZ

10 11 ci siniflər üçün distant və hibrid təhsilə keçiləcək?

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan məktəblərində 10–11-ci siniflər üçün distant və ya hibrid təhsilin tətbiqi hazırda gündəmdə deyil”.

Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, hazırda ölkədə yuxarı sinif şagirdlərinin hibrid və ya distant təhsilə keçməsi ilə bağlı nə konkret təşəbbüs, nə də Milli Məclis səviyyəsində hər hansı müzakirə aparılır.

Ekspert qeyd edib ki, Azərbaycanda distant təhsilin gələcəkdə tətbiqi ilə bağlı ümumi müzakirələr mövcuddur, lakin bu proses hələlik konseptual səviyyədən irəli keçməyib.

“Bu gün üçün 10–11-ci siniflərin tam və ya qismən distant formata keçirilməsi real görünmür”, – deyə Məzahir Məmmədli vurğulayıb.

O, şagird sayı az olan məktəblərlə bağlı məsələyə də toxunub. Bildirib ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə artıq mövqeyini açıqlayıb. Nazirliyin məlumatına əsasən, sentyabr ayından etibarən ucqar ərazilərdə yerləşən və şagird sayı az olan bəzi məktəblərdə distant təhsilin tətbiqinə başlanılması gözlənilir.

Ekspertin fikrincə, bu addım daha çox təhsil resurslarının səmərəli istifadəsinə və müəllim çatışmazlığının aradan qaldırılmasına hesablanıb.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
2
konkret.az

3Mənbələr