AZ

Misir Mərdanovdan Məleykə Abbaszadənin fikrinə münasibət:"Yavaş-yavaş repetitorluğun qarşısını almaq olar"

"Bizim nəşr etdiyimiz dərs vəsaitlərini oxumaq kifayətdir. Uşaq nizam-intizamlıdırsa, öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur".

Redaktor.az xəbər verir ki, bu fikirləri oxu.az-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Sabiq təhsil naziri Misir Mərdanov mövzu ilə bağlı oxu.az-a açıqlama verib.

O qeyd edib ki, proses düzgün qurulmalıdır:

"13 ildir ki, o sahədən uzaqlaşmışam. Buna görə də dərs vəsaitlərinin səviyyəsi ilə tanış deyiləm, dəqiq fikir söyləyə bilmirəm. Mənim dövrümdə repetitor yanına getmədən ali təhsil ocaqlarına qəbul olanlar da var idi. Lakin statistikanı o vaxt hesablamamışdıq, indi də bilinmir. Çünki repetitorluq gizli fəaliyyət kimidir.

Repetitorluğu hər hansı bir əmrlə sıradan çıxara bilməzsən. Bu, bir günün içində mümkün deyil. Həm qəbul imtahanlarına düşən suallar, həm də məktəbdə tədrisin vəziyyəti bir-birinə uyğun olmalıdır. Belə olan təqdirdə yavaş-yavaş repetitorluğun qarşısını almaq olar".

Seçilən
58
3
redaktor.az

4Mənbələr