AZ

"10-15 il ərzində dünyada görülməmiş bir sıçrayış olacaq" - Putindən açıqlama

Rusiya Prezidenti Vladimir Putin dünyanın texnologiyada kritik bir dönüşüm dövründən keçdiyini qeyd edərək, "Gələcək 10-15 il ərzində dünya tarixində görülməmiş böyük bir texnoloji sıçrayış yaşanacaq" -  açıqlamasını verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin Moskva şəhərində keçirilən Rusiya Dövlət Şurası iclasında çıxışı zamanı bu açıqlamanı verib.

Süni intellekt sahəsindəki inkişafın kosmik proqramların həyata keçirilməsi ilə müqayisə edildiyini vurğulayan Putin, "Bu proqramın layihələri o dövrdə dünyanı böyük ölçüdə dəyişdirmişdi. Süni intellekt isə çox daha inqilabi, hər şeyi əhatə edən bir texnologiyadır və sürətlə bütün həyat sahələrini ələ keçirərək çox sayda vəzifənin həllini avtomatlaşdırır" - deyə fikirlərinə əlavə edib.


Seçilən
46
manset.az

1Mənbələr