AZ

Qudyalçayın Xaçmazdan keçən hissəsində təmizlik aksiyası aparılıb

Qudyalçayın Xaçmaz rayonu ərazisindən keçən hissəsində monitorinq və təmizlik aksiyası aparılıb.

"Far.Az" xəbər verir ki, monitorinq nəticəsində aşkarlanan məişət tullantılarının daşınması təmin edilib. Bunun üçün əraziyə aidiyyəti qurumların canlı qüvvəsi və texnikası cəlb olunub.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlar rayon ərazisində təmizliyin təmin olunması və ətraf mühitin mühafizəsi məqsədilə zəruri tədbirlər görür, təmizlik və abadlıq işləri mütəmadi davam etdiriləcək.

Seçilən
30
far.az

1Mənbələr