AZ

Məşhur aktrisanın qızı ilə bağlı sözləri maraq doğurdu

“Ana olmaq, həyatı çox fərqli bir yerdən oxumağıma səbəb oldu. Öz sürətimi, öz doğrularımı və ritmimi tapdım”.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri türkiyəli tanınmış aktrisa Aslı Enver "Instyle" jurnalına müsahibəsində deyib. 

Uzun bir fasilədən sonra həm "Enfes Bir Akşam" adlı layihədəki Nihal obrazı ilə həm də çox yaxın zamanda tamaşaçılarla görüşəcək "Ayna" adlı layihəsi ilə yenidən gündəmdə olan məşhur aktrisa onunla bağlı maraq doğuran sualları cavablandırıb.

2023-cü ildə qızı Elay-ı qucağına alan aktrisa, son dövrlərdə yaşadığı hisləri bu sözlərlə ifadə edib:

“Son bir neçə il mənim üçün həm çox dəyişkən, həm də çox öyrədici keçdi. Həm işimdə, həm də şəxsi həyatımda özümü daha yaxşı hiss etdiyim, sərhədlərimi, ehtiyaclarımı, prioritetlərimi daha dəqiq gördüyüm bir dövrdəyəm. Ana olmaq, həyatı çox fərqli bir yerdən oxumağımın səbəbi oldu. Öz sürətimi, öz doğru və ritmimi tapdım deyə bilərəm. Ən böyük böyümə nöqtəm də bu oldu: "Hər şey eyni anda olmaq məcburiyyətində deyil" qəbulunu etmək”.

Seçilən
53
manset.az

1Mənbələr