AZ

Paşinyan Naxçıvana gedən dəhliz layihəsindən danışdı

“İrəvan hələ indiyə qədər miqyas baxımından “Tramp Marşrutu” (TRIPP) ilə müqayisə oluna biləcək heç bir layihənin həyata keçirilməsində iştirak etməyib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, bu cür iri layihələrin icrası zamanı həmişə “aydın olmayan məsələlər” ortaya çıxır.

“Bizim əsas problemimiz ondadır ki, əvvəllər yalnız kiçik layihələrlə işləyirdik. Böyük layihələrə öyrəşməmişik. Belə layihələrin xüsusiyyəti isə ondan ibarətdir ki, bir məsələni həll edəndə, qarşılığında dörd yeni məsələ yaranır və bu proses belə davam edir”, – deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, İrəvan və Vaşinqton hazırda TRIPP layihəsinin strateji çərçivələrini əks etdirən sənədin hazırlanması mərhələsindədir.

Baş nazirin sözlərinə görə, bu sənədin ilk mərhələsi dəmir yolu xəttinin tikintisi olacaq.

“Mənim proqnozum dəyişməz olaraq qalır: ‘Tramp Marşrutu’nun praktiki icrasına 2026-cı ilin ikinci yarısında başlayacağıq”, – deyə Paşinyan qeyd edib.

Seçilən
18
nocomment.az

1Mənbələr