AZ

2025 ci ildə dünyasını dəyişən türk MƏŞHURLAR

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci il Ferdi Tayfurdan Filiz Akına, Güllüdən Edip Akbayrama, Volkan Konakdan İlhan Şeşenə qədər bir sıra məşhur Türkiyəli sənətçilər və ictimai xadimlər bu il vəfat edib.

BAKU.WS xəbər verir ki, ilin əvvəlində Türkiyəli ulduz Ferdi Tayfur 79 yaşında dünyasını dəyişib.

Yanvarın sonunda teatr və kino sahəsində tanınan Sezai Altekin 79 yaşında vəfat edib.

Fevral ayında Türk xalq musiqisi ifaçısı Kahtalı Mıçe 72 yaşında ölüb.

Mart ayında isə Edip Akbayram, müğənni Tanyeli və rejissor Osman Sınav həyatını itirib. Eyni ayda Yeşilçam ulduzu Filiz Akın və müğənni Volkan Konak da vəfat edib.

May ayında Filiz Eczacıbaşı, Balık Ayhan, Rüşdü Saracoğlu, İlhan Şeşen və müğənni Şimal həyatını itirib. İyun ayında beyin cərrahı Gazi Yaşargil və idman spikeri Sabri Ugan vəfat edib.

İyul ayında jurnalist Nihat Genç və yazıçı Pınar Kür, avqust ayında musiqiçi Selçuk Alagöz, sentyabr ayında müğənni Güllü, oktyabr ayında aktrisa Neşe Aksoy və noyabr ayında Yeşilçam ulduzu Engin Çağlar həyatını itirib.

2025-ci il bir çox sənətçi və tanınmış şəxslərin itkisi ilə yadda qalıb və sevənlərini kədərləndirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
baku.ws

2Mənbələr