Sea Breeze
Cari il dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli aylıq müqayisədə 1% və ya 281.7 milyon manat artaraq 29.685 milyard manat təşkil edib.Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditləri 53.2% və ya 15.805 milyard manat, istehlak kreditləri 31.4% və ya 9.319 milyard manat, ipoteka kreditləri isə 15.4% və ya 4.562 milyard manat paya malik olub.Bank sektorunun öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edir. Belə ki, depozitlər ümumi öhdəliklərin 72.2%-ni və ya 37.202 milyard manatı təşkil edib. Depozit portfelinin 57.4%-i (21.354 milyard manat) hüquqi şəxslərin, 42.6%-i (15.848 milyard manat) isə fiziki şəxslərin depozitlərinin (bu göstəriciyə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil deyil) payına düşüb.Hesabat dövründə bank sektoru 1.06 milyard manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 92.4 milyon manat və ya 9.6% çoxdur.11 ayda banklar tərəfindən ümumilikdə 265.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 14.3% və ya 33.2 milyon manat artım deməkdir.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX