AZ

Sumqayıtda yanğın- XƏSARƏT ALAN VAR

Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
32
18
Ajans.az

10Mənbələr