“Unibank”ın Marketinq Departamentinin direktoru vəzifəsindən azad olunub.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.Qərara əsasən, Rasim Babayev Marketinq Departamentinin direktoru vəzifəsindən azad olunub. O, yeni qərarla isə bankda Premium bankçılıq üzrə rəhbər təyin edilib.Rasim Babayev bankda 2018-ci ilin iyun ayından etibarən Marketinq Departamentinin direktoru vəzifəsində çalışırdı.O, daha əvvəl isə Pərakəndə Biznesin inkişafı departamentində direktoru müavini vəzifəsində işləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


