AZ

Nigeriyalı müdafiəçi Trabzonspor a keçə bilər

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Trabzonspor” Avstriyanın “Volfsberq” klubunda çıxış edən Çibuike Nvaivunun transferi üzərində işləyir.

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu arxa xəttin mərkəzini gücləndirmək üçün namizədlərdən biri kimi nəzərdən keçirilir. Onun oyun üslubu və fiziki göstəriciləri Türkiyə klubunun fəlsəfəsinə uyğundur.

Müdafiə xəttinin gücləndirilməsi Stefan Saviç və Arseniy Bataqovun davamlı zədələri səbəbindən prioritetə çevrilib. Super Liqa təmsilçisi nigeriyalı oyunçunu yanvar ayında transfer etməyə çalışacaq.

Qeyd edək ki, Nvaivu cari mövsümdə "Volfsberq"in heyətində bütün turnirlərdə 16 oyuna çıxıb və 1 qola imza atıb.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
sportal.az

2Mənbələr