AZ

"Fənərbağça"nın prezidenti sərbəst buraxıldı

"Fənərbağça" klubunun Prezidenti Sadettin Saran məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbağça" İdman Klubu Prezidenti Sadettin Saran “narkotik maddə təmin etmək” və “narkotik istifadəsini asanlaşdırmaq” cinayətlərindən dolayı İstanbul İl Cəza Komandanlığı tərəfindən dünən saxlanılıb.

Əvvəlcə sağlamlıq müayinəsi üçün jandarma heyəti ilə xəstəxanaya aparılan Saran, gecəni İstanbul Şəhər Cəza Komandanlığında keçirib.

Buradakı əməliyyatları tamamlandıqdan sonra Sadettin Saran İstanbul Ədliyyə Sarayına göndərilib. Saranın ifadə prosesi təxminən iki saat davam edib. Saran, prokurorluqdakı ifadəsindən sonra məhkəmə nəzarəti tələbi ilə sülh məhkəməsinə göndərilib.


Seçilən
49
manset.az

1Mənbələr