Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
I Liqada 12-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 2 görüş baş tutub.
MOİK lider "Şəfa" ilə bacarmayıb. Eıgiz Kərəmlinin baş məşqçisi olduğu komanda "hərbçilər" üzərində inamlı qələbə qazanaraq zirvədəki mövqeyini möhkəmləndirib. Beləliklə, "Şəfa" qış fasiləsinə ən yaxın izləyicisi ilə 55 xallıq fərqlə yollanıb.
Günün, turun və ilin son oyunu Ağsuda reallaşıb. "Difai" doğma meydanda "Cəbrayıl"la üz-üzə gəlib. Autsayderlərdən olan komanda Cavid Hüseynovlu "Cəbrayıl"a böyük hesabla qalib gəlib.
Qeyd edək ki, tur çərçivəsində ötən gün baş tutan görüşlərdə "Mingəçevir" "Şahdağ Qusar"la bərabərə qalıb (1:1), "Səbail" "Şimal"a uduzub (3:4), "Baku Sportinq" isə "Zaqataladan üstün olub (2:1).
Azərbaycan I Liqası
12-ci tur
25 dekabr
MOİK – “Şəfa” 0:2
Qollar: N.Əliyev, 68. Z.Mərdanov, 83.
“Difai” – “Cəbrayıl” 5:2
Qollar: B.Qurbanov, 1; 18; 45+2. R.Hüseynov, 60. N.Həsənzadə, 81 - D.Açimi, 12. T.Əhmədov, 90+3-pen.

Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.