AZ

Kerimcan Durmazın həbsxanada çətin anları

Qeyri-qanuni mərc oyunları və virtual qumarın təşviqi ittihamı ilə həbs olunan sosial media fenomeni Kerimcan Durmazın həbsxanada çətin günlər keçirdiyi bildirilir.

Publika.az xəbər verir ki, yaxın dostu Samet Liçina Durmazın Silivri Həbsxanasında keçirdiyi çətin anlardan danışaraq göz yaşlarına boğulub.

"Dostumuzun günahsız olduğunu bilirik. Ədalətin tez bir zamanda öz yerini tapmasına ümid edirik. Kerimcanın sağlığı ilə bağlı hər hansı problemi yoxdur. Amma o, həbsxanada çox üşüyür. Buna çox üzüldük. O sevənlərindən dəstək gözləyir", - Liçina söyləyib.

Qeyd edək ki, Kerimcan Durmaz polisə ifadəsində sözügedən iddiaları təkzib edib.

Seçilən
18
2
publika.az

3Mənbələr