"Problemli kreditlərin həcminin artmasının səbəblərindən biri məhz bankların bir sıra hallarda vətəndaşın ödəmə qabiliyyətini yoxlamadan kreditlər verməsidir. Bu kreditlərin bir müddət sonra geri qaytarılmasında çətinlik yaranır. Vacib məqamlardan biri xüsusən istehlak kreditlərində faizlərin yüksək olmasıdır. Son dövrlər kredit faizlərində artımlar müşahidə edirik. Bu da təbii ki, həmin kreditlərin geri qaytarılmasında çətinliklər yaradır. Bir müddət biz bəzi bankların kredit kartlarında təklif etdiyi limitlərin kart sahiblərinin ödəmə qabiliyyətinə uyğun olmadığını müşahidə etdik. Mərkəzi Bank tərəfindən limitlərin tənzimlənməsi barədə qərar qəbul edildi və bu, təqdirəlayiq idi. Uzunmüddət bu limitlərin açılması problemli kreditlərin həcminin artmasına təsir göstərdi".