AZ

“Kristal” İtaliyanın “Prysmian Group” şirkəti ilə strateji əməkdaşlığı genişləndirir!

“Kristal” şirkəti ilə kabel sistemləri sənayesində qlobal liderlərdən biri olan İtaliya brendi “Prysmian Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum “Prysmian Group”un Rusiya və MEART regionu üzrə Baş Kommersiya Direktoru Murat Tezcan və “Kristal” şirkətinin Müşahidə Şurasının sədri Mahiyyət Nəbiyev tərəfindən imzalanıb.

İmzalanmış memorandum tərəflər arasında indiyədək mövcud olan uğurlu əməkdaşlığın davamı olmaqla yanaşı, davam edən layihələrlə bərabər, gələcək illəri əhatə edən fəaliyyət planını da özündə əks etdirir. Razılaşma çərçivəsində “Kristal”ın həyata keçirdiyi “City Garden Narimanov“, “Park Yasamal“, “Highland Residence“, və “Biləcəri“ layihələrində “Prysmian Group” istehsalı olan yanmayan kabellərdən istifadə olunacaq. Sözügedən məhsullar mənzil daxili elektrik xətlərinin çəkilişi mərhələsində tətbiq olunacaq.

Seçilən
50
12
publika.az

10Mənbələr