Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
"Ukrayna tərəfi Rusiya neft və qaz sektorundakı obyektlərə sistematik şəkildə zərbələr endirməyə davam edir”
Ukraynanın uzun mənzilli PUA-ları Rusiyanın Temryuk limanındakı (Krasnodar diyarı) neft saxlama çənlərinə və Orenburqdakı qaz emalı zavoduna zərbələr endirib. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü bildirib.
"Ukrayna tərəfi Rusiya neft və qaz sektorundakı obyektlərə sistematik şəkildə zərbələr endirməyə davam edir. Bu zərbələrin hər biri Rusiya büdcəsinə zərər verir, valyuta gəlirlərini azaldır və ordu üçün logistika və yanacaq təchizatını çətinləşdirir", - deyə sözçü bildirib.
Krasnodar diyarı xüsusi təyinatlı qrupu bildirib ki, Temryuk limanında yanğına pilotsuz təyyarənin zərbəsi səbəb olub.
"İnterfaks"ın regional xüsusi təyinatlı qrupa istinadən verdiyi məlumata görə, limandakı yanğın 4000 kvadrat metrə qədər böyüyüb.
"İki neft saxlama çəni yanır", deyə qərargahın açıqlamasında vurğulanıb.
Fövqəladə halın aradan qaldırılmasına kömək etmək üçün hadisə yerinə yanğınsöndürmə qatarı gəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.