Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr Macarıstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 260 milyon 644 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 94,9% və ya 126 milyon 888 min dollar çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 133 milyon 756 min dollar təşkil edirdi.
9 ayda Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Macarıstanın payı 5,5%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!