AZ

Azərbaycan deqradasiyaya uğramış torpaqlarda pilot layihəyə başlayıb – FOTO 

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, SOCAR və İtaliyanın “ENI” şirkəti ölkədə deqradasiyaya uğramış torpaqlarda pilot layihə həyata keçirir.

Doğru.az xəbər verir ki, layihə Prezident İlham Əliyevin keçən il sentyabrın 5-də İtaliyaya işgüzar səfəri zamanı imzalanmış anlaşma memorandumu çərçivəsində icra olunur. Məqsəd neft və onun törəmələrinə alternativ olacaq yağlı bitkilərin əkinini, torpaq keyfiyyətinin yaxşılaşdırılmasını və istifadə edilmiş bitki yağlarının qiymətləndirilməsini təmin etməkdir. Eyni zamanda mövcud neft emalı zavodlarının bioyanacaq istehsalına çevrilməsi imkanları araşdırılır.

2025-ci il üçün hazırlanmış fəaliyyət planına uyğun olaraq Kürdəmir Təcrübə Sınaq Stansiyasında pilot layihəyə start verilib. Burada xardal, saflor, günəbaxan və gənəgərçək bitkilərinin müxtəlif sortları əkin edilib, vegetasiya dövründə onların inkişafı, məhsuldarlığı və stressə davamlılığı müşahidə olunub.

İlkin nəticələr göstərir ki, saflor və günəbaxanın bəzi sortları, həmçinin “Tamar” və “Bhim+” gənəgərçək sortları məhsuldarlığı ilə digərlərindən seçilir. Bu bitkilərin toxumlarından alınan yağların ölkədə bioyanacaq və mühərrik yağlarının istehsalında istifadəsi perspektivi yüksək qiymətləndirilir.

Pilot layihələrin icrası davam edir, gələcəkdə yeni bitki növlərinin təcrübə əkinləri, iqtisadi qiymətləndirilməsi və genişmiqyaslı istehsal imkanları araşdırılacaq.

DOĞRU.AZ

image-17666583334363745365_1200x630 image-176665833362004721_1200x630 image-17666583336141033899_1200x630

Seçilən
61
dogru.az

1Mənbələr