AZ

SON DƏQİQƏ: Rusiyanın neft-qaz anbarları VURULDU

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Mərkəzi “Alfa”nın dronları Rusiyanın Temryuk limanında neft rezervuarlarını və Orenburqda qaz emalı zavodunu vurub.

KONKRET.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri ordudakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Temryukda neft məhsulları saxlanılan iki rezervuar yanıb. Yanğının sahəsi təxminən 2 min kvadratmetr olub. Hadisənin söndürülməsinə 70 nəfər şəxsi heyət və 18 texnika cəlb edilib.

Daha sonra dronlar Orenburqda yerləşən və dünyanın ən böyük qaz-kimya komplekslərindən biri hesab olunan müəssisəyə zərbə endirib. Nəticədə xam qazın hidrogen-sulfid və CO₂-dən təmizlənməsi üçün istifadə edilən 3U-70 qurğusunda qaz yanğını baş verib. Yanğınlar real vaxt rejimində yanğın ocaqlarını izləyən FIRMS xidməti tərəfindən də qeydə alınıb.

Mənbə bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın iqtisadiyyatına əlavə təzyiq yaratmaq məqsədilə bu cür xüsusi əməliyyatları davam etdirəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
47
1
konkret.az

2Mənbələr