AZ

Prezident Fred Asifin oğlunu təltif ETDİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançı və idman mütəxəssisini təltif edib.

Redaktor.az xəbər verir ki, təltif olunanlar arasında Milli Qəhrəman Fred Asifin (Asif Məhərrəmov) oğlu Azər Məhərrəmov da var. 

Qol güləşi idman üzrə dünya çempionu olan A.Məhərrəmov “Tərəqqi” medalı ilə təltif edilib. 

Qeyd edək ki, Fred Asif 1991-ci ildə Birinci Qarabağ müharibəsində cəbhənin Ağdam istiqamətində döyüşüb. Döyüşlərdə şücaətinə görə Azərbaycan Milli Qəhrəmanı adı alıb. 

Seçilən
61
10
redaktor.az

10Mənbələr