AZ

Ən bahalı idman klubları açıqlandı


Amerikanın nüfuzlu “Forbes” jurnalı dünyanın ən bahalı idman klublarının reytinqini dərc edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya 13 milyard dollar qiyməti  olan “Dallas Cowboys” (Amerika futbolu) başçılıq edir.
İlk 50 komandanın ümumi dəyəri 353 milyard dollar təşkil edib (hər bir komanda üçün orta hesabla 7,1 milyard dollar). Bu isə 2024-cü illə müqayisədə 22% çoxdur.
Bundan əlavə, heç bir futbol klubu ilk onluğa daxil ola bilməyib.
Futbol klubları arasında siyahıya “Real Madrid”, “Barselona”, “Mançester Yunayted” və “Liverpul” daxil olub.
Siyahıda “Real Madrid” 20-ci (6,75 milyard dollar), “Mançester Yunayted” 24-cü (6,6 milyard dollar), “Barselona” 42-ci (5,65 milyard dollar), “Liverpul” isə 48-ci (5,4 milyard dollar) yerdə qərarlaşıb.
“Real Madrid” ötən illə müqayisədə 8, “Mançester Yunayted” 10, “Barselona” 20, “Liverpul” isə 21 pillə geriləyib.
İlk onluğu təqdim edirik:
1. “Dallas Cowboys” (NFL) - 13 milyard dollar
2. “Golden State Warriors” (NBA) - 11 milyard dollar
3. “Los Angeles Rams” (NFL) - 10,5 milyard dollar
4. “New York Giants” (NFL) - 10,1 milyard dollar
5. “Los Angeles Lakers” (NBA) - 10 milyard dollar
6. “New York Knicks” (NBA) - 9,75 milyard dollar
7. “New England Patriots” (NFL) - 9 milyard dollar
8. “San Francisco 49ers” (NFL) - 8,6 milyard dollar
9. “Philadelphia Eagles” (NFL) - 8,3 milyard dollar
10-11. “Çikaqo Bears” (NFL) - 8,2 milyard dollar
10-11. “New York Yankees” (MLB) - 8,2 milyard dollar
Seçilən
3
1
yeniavaz.com

5Mənbələr