AZ

Paşinyan: “Bunu açıq şəkildə ifadə etmək lazımdır” KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəbini açıqlayıb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

O, öz reaksiyasını tamamilə məntiqli və adekvat qərar hesab etdiyini bildirib:

“Mən fikir vermişəm ki, bizim baş verənləri dərk edilməsini həddindən artıq mürəkkəbləşdirmək meylimiz var. Məsələn, niyə bu mikrofon mavidir, o biri isə qırmızı, niyə sarı deyil, qaradır və artıq bunun əsasında geosiyasi nəticələr çıxarılır”.

Onun sözlərinə görə, Ermənistanla birbaşa əlaqəli hadisə baş verdikdə, ölkə buna öz münasibətini bildirməlidir: “Üstəlik, əgər bu münasibət müsbətdirsə, bunu mütləq açıq şəkildə ifadə etmək lazımdır”.

Paşinyan bu xüsusda son zamanlar atılan bir neçə vacib addımı xatırladıb. Bunlara isə ilk olaraq Qazaxıstandan, daha sonra isə Rusiyadan ölkəyə taxıl gətirilməsi zamanı məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ermənistana dəmir yolu ilə daşımalara məhdudiyyətlərin olmaması daxildir:

“Bundan əlavə, Azərbaycan neft məhsullarının satışına hazır olduğunu bildirib. Neft məhsulları ilə yüklü vaqon gəldi və həmin məhsul bazara daxil oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
konkret.az

7Mənbələr