ain.az, Olke.az portalına istinadən məlumat verir.
Paytaxt məktəbliləri təqvim ili ərzində riyaziyyat, informatika, kimya fənləri və proqramlaşdırma istiqaməti üzrə Qazaxıstan, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Özbəkistan, Boliviyada, Bosniya və Herseqovinada keçirilən beynəlxalq olimpiada və müsabiqələrdə ümumilikdə 2 qızıl, 4 gümüş, 6 bürünc medala və 1 həvəsləndirici mükafata layiq görülüblər.
Bu barədə Ölkə.Az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Özbəkistanın Daşkənd şəhərində keçirilən 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında və Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) qızıl, Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 42-ci Balkan Riyaziyyat Olimpiadasında isə gümüş medala layiq görülüb.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medala, həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova bürünc medala layiq görülüblər.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) bürünc medal qazanıb.
Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş, Bakı şəhəri 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri "Ankara məktəbi" məktəb-liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb. “Ankara məktəbi” məktəb-liseyinin şagirdi Əli Əliyev, həmçinin Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO (1) Cup” proqramlaşdırma müsabiqəsindən gümüş, Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasından bürünc medal əldə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.