Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
İranda sosial şəbəkələr və populyar mesencerlərə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məsələsi müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, İran parlamenti sədrinin müavini Əlirza Səlimi bu barədə Asiya Parlament Assambleyasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sosial şəbəkələrə qoyulan məhdudiyyətlər təhlükəsizlik və informasiya təzyiqi ilə bağlı olub. Lakin bu məsələ təkcə parlamentin deyil, həm də müvafiq sahəyə cavabdeh olan Ali Kiberməkan Şurasının səlahiyyətindədir və hazırda həmin şura məhdudiyyətlərin aradan qaldırılması imkanlarını nəzərdən keçirir.
Bir müddət öncə, İran mediası “Telegram”, “YouTube” və “Instagram” kimi platformalara qoyulan məhdudiyyətlərin yumşaldılması ehtimalı barədə məlumat yaymışdı.
Xatırladaq ki, Tehran “Telegram” mesencerini 2018-ci ildə, “Facebook” və “Twitter” şəbəkələrini 2009-cu ildə, “Instagram” və “WhatsApp” mesencerlərini isə 2022-ci ildə məhdudlaşdırmışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.