AZ

“İranla strateji tərəfdaşlıq sənədini imzalamağa hazırıq” – Paşinyan

İrəvan Tehranla strateji tərəfdaşlıq sənədi imzalamaq niyyətindədir.

“7Times.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan-İran münasibətləri dinamik şəkildə inkişaf edir və yüksək səviyyədədir: “İranla çox möhkəm münasibətlərimiz var və biz onları strateji tərəfdaşlıq sənədi formasında rəsmiləşdirməyə çalışırıq”.

Baş nazir xatırladıb ki, 2025-ci ilin əvvəlində Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq xartiyası, dekabrda isə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq proqramı imzalayıb.

Seçilən
7
4
7times.az

6Mənbələr