AZ

Avropa İttifaqı ABŞ nın təzyiqi ilə üzləşib

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Dövlət Departamenti Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Aktının hazırlanmasında, Avropa Komissiyasının məsləhətləşmələrində əsas iştirakçı olan beş avropalıya, eyni zamanda, Aİ-nin komissarı vəzifəsini icra etmiş Tyerri Bretona ABŞ-a giriş vizası verməyəcək.

Reyting.az-ın məlumatına görə, rəsmi Vaşinqtonun sözçüləri bildiriblər ki, rəqəmsal xidmətlər ABŞ şirkətləri, o cümlədən mühafizəkarlar üçün senzuradır.

Bildirilir ki, buna qarşı görülən tədbirlər ABŞ-nın strateji maraqlarının qorunmasına xidmət edir.

Lakin qəbul edilən bu qərara kəskin etirazını bildirən Aİ bütün ittihamları rədd edir.

Qeyd olunur ki, Aİ-yə üzv ölkələrin yekdil səsi ilə qəbul edilmiş yeni qanunun tətbiqi davam etdiriləcək.

Aİ-dən bildiriblər ki, yeni sanksiyalar britaniyalı və alman hüquq müdafiəçilərini də əhatə edir.

Bu açıqlamanın müəllifi olan və çıxışları Aİ-yə qarşı təhdid kimi qiymətləndirilən ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio isə Avropa ictimaiyyəti tərəfindən sərt tənqidlərə məruz qalıb.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
reyting.az

1Mənbələr