AZ

Kreml sülh planında güzəştə gedəcək

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Moskva Ukraynada tammiqyaslı müharibə və onun sona çatması kontekstində ultimatumlarını yenidən nəzərdən keçirməli olacaq. Kreml uzun müddətdir israr etdiyi tələblər - təkcə son 20 bəndlik sülh planında deyil, həm də ilkin 28 bəndlik sənəddə əks olunmayan bir çox məsələlər üzrə güzəştə getməli olacaq”.

Reyting.az xəbər verir ki, bu barədə Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında qeyd olunur.

ABŞ-ın NATO-dakı səfiri Mett Uitaker ABŞ, Ukrayna və Avropa arasında aparılan son danışıqlardan sonra əldə edilmiş dörd sənədə istinad edərək bildirib ki, “top artıq Rusiyanın meydanındadır”. Lakin analitiklər bildirirlər ki, cəbhə xəttində minimal irəliləyiş əldə etmək üçün Rusiya ordusunda yüksək itkilər olsa belə, bu, Kremlin müharibəni dayandırması üçün kifayət etmir.

Moskva Qərbin təkliflərinə maraq göstərmədiyini deməkdə davam edir. 20 maddəlik plan dərc edilməmişdən əvvəl belə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov gözlənilən təklifləri “qeyri-konstruktiv” adlandırmışdı. Kreml dəfələrlə son sənədlərdə nəzərdə tutulan kompromis ideyalarına zidd olan tələblər irəli sürüb.

Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin iyununda səsləndirdiyi maksimalist şərtləri yenidən xatırladaraq aşağıdakı tələbləri irəli sürüb:

* Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tam şəkildə çıxarılması;

* Ukraynanın NATO-dan imtina etməsi və neytral status alması;

* Kiyevdə silahsızlaşdırma və hakimiyyət dəyişikliyi (“denazifikasiya”);

* İşğal olunmuş ərazilərin Rusiya suverenliyi kimi beynəlxalq səviyyədə tanınması və bütün sanksiyaların ləğvi.

ISW analitikləri vurğulayırlar ki, Kremlin köhnə tələblərə, o cümlədən Alyaska sammitində əldə edilmiş razılaşmalara istinad etməsi Rusiyanın hazırda cəbhə xəttinin dondurulması təkliflərini qəbul etmədiyini göstərir.

Bununla belə, ekspertlərin fikrincə, prosesin irəliləməsi üçün Moskva sərt ritorikasından geri çəkilmək məcburiyyətində qala bilər.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
reyting.az

1Mənbələr